Minik maşını mikroavtobusla toqquşdu, xəsarət alanlar var - YENİLƏNİB
Gəncədə mikroavtobusla minik maşının toqquşması zamanı xəsarət alanların kimliyi məlum olub.
TNS APA-ya istinadən xəbər verir ki, xəsarət alanlar 1992-ci il təvəllüdlü J.Zeynalova, 1973-cü il təvəllüdlü M.Abbasova, 1964-cü il təvəllüldü Z.Orucova və daha iki nəfərdir.
Yaralıların birinin vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki qəzaya düşən mikroavtobus 28 saylı xətt üzrə işləyən avtobus olub.
Qəza zamanı mikroavtobus sərnişinlər olub.
19:20
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
TNS-in məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan VAZ markalı minik maşını ilə "Mercedes" markalı mikroavtobus toqquşub.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.