Close

17:50
02 Fevral 2025

Ailə üzvləri qəzaya uğradı: ölən və xəsarət alanlar var - YENİLƏNİB

Fevralın 1-i saat 21:20 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (1 qadın cinsli, 1 kişi cinsli, 1 azyaşlı olmaqla ) Masallı Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TNS "Report"a istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilir ki, bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozları təyin olunan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib.

1977-ci il təvəllüdlü şəxsin (kişi cinsli) vəziyyəti orta ağır qiymətləndirilir, müalicəsi Masallı Rayon Mərkəzi Xəsyəxanasında davam etdirilir.

1986-cı il təvəllüdlü şəxsin (qadın cinsli) vəziyyəti ağır qiymətləndirilir. Boyun fəqərələrinin və almacıq sümüyünün sınığı, subaraxinoidal qansızma diaqnozları təyin edilən şəxsin Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyəsi planlaşdırılır.

2018-ci il təvəllüdlü azyaşlının isə vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

1 nəfərin isə hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb.

16:07

Masallıda minik və yük avtomobilləri toqquşub, ölən və xəsarət alanlar var.

TNS-in məlumatına görə, hadisə Ələt–Astara magistralının Masallı rayonunun Sərçuvar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1953-cü il təvəllüdlü Rəsul Ələkrəm oğlu Kərimovun idarə etdiyi nəqliyyat vasitəsi, eyni istiqamətdə hərəkətdə olan ağırtonnajlı (TIR) yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər – Sütəmurdov kənd sakinləri; 1977-ci il təvəllüdlü Ramin Rəsul oğlu Kərimov, 1986-cı il təvəllüdlü Seyda Etibar qızı Kərimova və 2018-ci il təvəllüdlü Y.Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunublar.

Sürücü R.Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qeyd edək ki, qəzanın baş verməsinə səbəb qatı dumanlı hava şəraiti olub.

Faktla bağlı araşdırma aparılır.