Close

İtkin düşən balıqçının meyiti aşkarlandı - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.

TNS APA-ya istinadən xəbər verir ki, hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

11:29

Lənkəranın Siyavar kəndinin Xəzər dənizi sahilində meyit aşkarlanıb.

TNS APA-ya istinadən xəbər verir ki, tapılan meyitin bir müddət əvvəl itkin düşən balıqçılardan biri Nazim Abbasova aid olduğu qeyd olunur.

Məlumata görə, meyit bu gün saat 11 radələrində Astara rayonunun Şahağac kəndi ərazisində balıqçılar tərəfindən aşkarlanıb.