Körpənin üzərinə qaynar su dağıldı: vəziyyəti ağırdır
13
09:40 - 02 Fevral 2025
Şamaxıda bədbəxt hadisə baş verib.
TNS xəbər verir ki, Şamaxının 1 saylı Çaylı kənd sakini 8 aylıq körpə Bəşirov Yusif Nurlan oğlu evdə oynayarkən peçin üzərində olan qaynar su üzərinə dağılıb.
Hadisə nəticəsində ağır bədən yanıqları alan körpə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Hazırda vəziyyətinin ağır olduğu bildirilir.