Bayraq Meydanındakı bayraq cırılıb? - Rəsmi reaksiya - FOTO
Bu gün sosial şəbəkələrdə paytaxtın mərkəzi hissəsində yerləşən Bayraq Meydanında küləkli hava şəraitinə görə Azərbaycanın üçrəngli dövlət bayrağının cırılması ilə bağlı görüntülər yayılmışdı.
TNS xəbər verir ki, Bakı Bulvar İdarəsi Bayraq Meydanında dövlət bayrağının cırıldığı iddiaları ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.
Qurumdan Yenicag.az-a təqdim olunan rəsmi açıqlamada qeyd olunur ki, yayılan görüntülərdə bayraq burulduğu üçün cırılmış kimi görünür:
“Görüntülərdə bayrağın burulması nəticəsində cırıldığı təəssüratı yaranıb. Lakin dövlət bayrağına hər hansı zərər dəyməyib".