Yasamalda heroin satarkən yaxalandı, ağır cəza aldı
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elçin Fərəcovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TNS-in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə E. Fərəcov 6 il azadlıqdan məhrum edilib.
İttihama görə, E. Fərəcov Bakının Yasamal rayonu ərazisində heroin satarkən yaxalanıb. Onun üzərindən narkotik vasitə olan heroin və metamfetamin həbi aşkar edilib.