Close

23:57
30 Yanvar 2025
22:20
30 Yanvar 2025

Fərhad Hacıyevə ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda vətəndaşa qarşı quldurluqda təqsirləndirilən Fərhad Hacıyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

TNS xəbər verir ki, bu barədə qərar hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib. 

Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.