Ağcabədidə qəza, ölən var
84
18:23 - 29 Yanvar 2025

Ağcabədidə ölümlə nəticələnən yol qəzası baş verib.
TNS-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Şahsevən kəndi ərazisində baş verib. Rayon sakini 1987-ci il təvəllüdlü Əliyev Zaur Əlasdan oğlu idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarından keçən qaz xəttinə dəyib. Zərbənin təsirindən avtomobilin sürücüsü Z.Əliyev hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Əlaqəli xəbərlər
21:47
26 Aprel 2025