75 yaşlı kişiyə qarşı dələduzluq edildi
16
18:01 - 29 Yanvar 2025
Bakının Nərimanov rayonunda 75 yaşlı kişiyə dələduzluq edilib.
TNS DİN-ə istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində 75 yaşlı kişinin naməlum şəxs tərəfindən aldadılaraq 1200 manatının mənimsənilməsi barədə polisə məlumat daxil olub.
Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Əmini müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.