Close

Ağır qəzada xəsarət alanlardan xəbər var

Ötən gün Lənkərandakı ağır qəzada xəsarət alanlardan bir nəfərin müalicəsi Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində, altı nəfərin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir.

TNS xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən bildirilib.

Qeyd olunub ki, yaralıların vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan 24 nəfər (13 qadın, 10 kişi, bir azyaşlı olmaqla) bədənin müxtəlif nahiyələrinin travmaları diaqnozu ilə xəstəxananın Təcili yardım şöbəsinə hospitalizasiya olunmuşdu. Müayinələrdən sonra 17 nəfər ambulator müalicə üçün evə buraxılıb.