Close

09:09
30 Yanvar 2025
23:00
29 Yanvar 2025

MN-in sabiq idarə rəisi kassasiya şikayəti verdi

Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Mahir Şirvanov barəsində olan hökmdən kassasiya şikayəti verib.

TNS APA-ya istinadla xəbər verir ki, iş Ali Məhkəmənin hakimi Nazim Mövsümovun icraatına verilib.

Məhkəmə prosesi mayın 14-nə təyin olunub.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin ötən il sentyabrın 9-da çıxardığı hökmə əsasən, Mahir Şirvanov 3 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən verilmiş apellyasiya protesti Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, qismən təmin olunub.
Mahir Şirvanov Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə, 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib.
Təqsirləndirilən şəxs dövlət büdcəsindən ayrılan pulu mənimsəməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.