Əri ilə dalaşıb ata evinə gələn bacısını bıçaqladı
Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını bıçaqlamaqda təqsirləndirilən Fuad Quliyevin cinayət işi üzrə məhkəmə başlayıb.
TNS-in məlumata görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib: "Zərərçəkmiş doğma bacımdı. Bacımla münasibətimiz yaxşı olub. Əri ilə dalaşıb tez-tez bizə gəlirdi. Dedim ki, evinə qayıtsın: “Tez-tez gəlməyin düzgün deyil, qayıt evinə”. Onu vurmaq fikrim yox idi. Həmin bıçaqla samovar üçün odun doğrayırdım. Mənə fikir vermədi, mübahisə etdik, bıçaqla bir dəfə vurdum. Sonra anamı çağırdım".
Prosesdə ifadə verən zərərçəkmiş Ruhiyyə Quliyeva isə ifadəsində bildirib ki, qardaşından heç bir şikayəti yoxdur, artıq barışıblar.
Məhkəmənin növbəti iclası fevralın 4-nə təyin edilib.