Close

22:40
28 Yanvar 2025
20:00
28 Yanvar 2025

Ailəsindən boşandı, anasını 25 bıçaq zərbəsi ilə öldürdü

Bakı Ağır Cinayətlər Məhkəməsinin anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Kamran Şükürzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

TNS-in məlumatına görə, hakim Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, təqsirləndirilən şəxsin atası Etibar Şükürzadə ifadə verib.

O bildirib ki, həyat yoldaşının qətlini qonşulardan eşidib: “Hadisənin baş verməsi məni şoka saldı. Çünki hər şey qaydasında idi. Oğlum yoldaşı ilə boşanmışdı. Bu da onun səhhətinə və psixologiyasına mənfi təsir göstərdi. O, boşanmasında anasını günahkar bilirdi".

Prosesdə ifadə verən digər zərərçəkmiş, təqsirləndirilən şəxsin bacısı Nigar Şükürzadə qardaşından heç bir şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.

İttihama görə, Kamran Şükürzadə ötən ilin iyulunda paytaxtın Qaradağ rayonu, Ümid qəsəbəsində birlikdə yaşadığı anası Aybəniz Şükürovanı xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilir. O, anasını 25 bıçaq zərbəsi ilə qətlə yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.