Close

22:40
28 Yanvar 2025
20:00
28 Yanvar 2025

Məşhur aktyor ev dustaqlığına buraxıldı - FOTO

Bir neçə gün əvvəl Dövlət Sərhəd Xidməti tərəfindən narkotik ittihamı ilə həbs edilən gənc aktyor Həsənağa Məmmədov (Həsən Ağa) ev dustaqlığına buraxılıb.

TNS Gununsesi.info-ya istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi aktyor barəsində həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Həsənağa Məmmədov istintaq prosesində olduğu üçün detallı danışmaqdan imtina edib:

"Məhkəmə araşdırdı və mənim barəmdəki həbs-qətimkan tədbirini dəyişdi".

Ekran_skli_2025-01-27_163655