DYP əməkdaşlarını şərləyən sürücünün görüntüləri yayıldı - VİDEO
Bəzi sosial şəbəkə səhifələrində Bakıda "KamAZ" markalı yük avtomobilinin sürücüsünün hərəkətləri ilə bağlı qərəzli iddialar yayılıb.
TNS xəbər verir ki, Oxu.Az hadisənin görüntülərini əldə edib.
Videodan məlum olub ki, əslində isə o, özünə xəsarət yetirib, avtomobili zədələyib məsuliyyətdən yayınmaq üçün qərəzli hərəkətləri ilə ətrafda olan şəxslərin diqqətini çəkməyə cəhd edib.
Qeyd edək ki, paytaxt yollarında təhlükəsizliyin təmin olunması və tıxacların qarşısının alınması məqsədi ilə günün müəyyən saatlarında yük avtomobillərinə tətbiq olunan giriş məhdudiyyətlərinin tələbini pozduğu üçün yük avtomobilinə "saxla" işarəsi verilib. Qaydalara əməl etməyən sürücü barədə qanunamüvafiq tədbir görülüb.
İnsidentin görüntülərini təqdim edirik: