Close

22:40
28 Yanvar 2025
20:00
28 Yanvar 2025

"Atamın və iki qardaşımın başını kəsdilər" - Vardanyanın cinayət işində zərərçəkən

“Bu günədək atamın və qardaşlarımın meyitlərinin yeri bəlli deyil”.

TNS APA-ya istinadla xəbər verir ki, bu sözləri müxtəlif hərbi cinayətlərdə ittiham olunan Ruben Vardanyanın bugünkü məhkəmə prosesində cinayət işi üzrə zərərçəkmiş qisimdə tanınmış Mürvət Əhmədov deyib.

“Ailəmlə birlikdə 1988-ci ildə Qərbi Azərbaycandan didərgin düşdük və Xocalı şəhərində məskunlaşdıq. Burda da ermənilərin hücumuna məruz qaldıq. Xocalıda ailəmlə birlikdə əsir düşdük. Bizə qarşı zorakılıq olub. Atamın və iki qardaşımın başını kəsiblər. Bu günədək onların meyitlərinin yeri bəlli deyil”.