Close

09:05
26 Yanvar 2025

Xəstəxanaya gələn 39 yaşlı şəxs qəfil öldü

Zaqatala şəhər sakini, 39 yaşlı İlkin Məmmədov Rayon Mərkəzi Xəstəxanasına daxil olduqdan bir müddət sonra ölüb.

TNS Zaqatala Rayon Mərkəzi Xəstəxanasına istinadən xəbər verir ki, İlkin Məmmədov axşam radələrində ağır formada tənginəfəs əlamətlərlə xəstəxananın Təcili tibbi yardım şöbəsinə daxil olub.

Həkimlər ilkin müayinə aparıb, müalicəyə başlasalar da İlkin Məmmədovda ani ölüm qeydə alınıb. Hadisə yerinə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma başlanılıb.