Masaj salonunda işləyən qadınları şantaj etdi, həbs olundu
Bakı Ağır Cinayətlər Məhkəməsində qadınları şantaj edərək pul almaqda təqsirləndirilən Daşqın Gəncəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
TNS-in məlumatına görə, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Daşqın Gəncəliyev masaj salonlarında işləyən qadınları şantaj edib. Özünü hüquq-mühafizə orqanlarında rəhbər vəzifədə işləyən şəxs kimi təqdim edərək, bildirib ki, ona müəyyən məbləğdə pul ödəməsələr, ailələrinə masaj salonlarında əxlaqsızlıqla məşğul olmaları barədə məlumat veriləcək.
İş üzrə 3 qadın zərərçəkmiş qismində tanınıb. Daşqın Gəncəliyev məhkəmə istintaqı dövründə ona elan edilən ittihamla təqsirli bilinib. O, zərərçəkmişlərə ümumilikdə 3 min manatdan çox maddi ziyan vurub.
Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.