Close

Həbsdə olan sayt rəhbərinə hökm oxundu

Vətəndaşlardan daxil olan müraciətlər əsasında saxlanılan “Dunyaninsesi.az” saytının rəhbəri Ərşad İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

TNS APA-ya istinadla xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlərə Məhkəməsində hökm oxunub.

Hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən prosesdə Ərşad İbrahimov 8 il həbs cəzası verilib.

Qeyd edək ki, o, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən həbs edilib.

Sayt rəhbəri ayrı-ayrı şəxslər barəsində müxtəlif rüsvayedici xəbərlər yayaraq sonradan həmin xəbərlərin silinməsi üçün hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunur.

Onun barəsində Cinayət Məcəlləsinin təkrar hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi qaldırılaraq barəsində həbs qətimkan tədbiri seçilib.

Ərşad İbrahimovu 2023-cü ildə həbs edilib.