Tanınmış aparıcı reabilitasiya mərkəzinə yerləşdirildi - FOTO
Tanınmış aparıcı Xose Bernardo narkotikə qurşanıb.
TNS xəbər verir ki, bu barədə aparıcı Baku tv-yə açıqlamasında deyib. Bildirib ki, onu pis vərdişlərə ətrafı cəlb edib: “Tanınmışdım, ham tanıyırdı, hörmət edirdi. Gecə klubları, diskotekalara dəvət etdilər. Bir qız var idi, mənim narkotikə qurşanmağımda onun da rolu oldu. Üç ay o xanımla bərabər oldum, sonra gördüm ki, artıq narkotikdən asılıyam. Bunun pis yol olduğunu bilirdim, amma həmin dövrdə insan sağlam düşüncəyə sahib olmadığı üçün vəziyyəti tam dərk etmir. Sonra bəzi dostlarım narkotik istifadəçisi olduğumu öyrənəndə məndən uzaqlaşdılar”.
Aparıcı bildirib ki, bir müddətdən sonra onda narkotik asılılığı yarandı və bəladan qurtarmaq üçün reabilitasiya mərkəzinə müraciət edib. Hazırda o, müalicəsini stasionar davam etdirir.