Yanacaq daşıyan maşın dərəyə aşdı: ölənlər var
Daşkəsəndə ölümlə nəticələnən yol qəzası olub.
TNS-in məlumatına görə, hadisə rayonun Qaraqollar kəndi yaxınlığında qeydə alınıb. Şirkətə məxsus yanacaq daşıyan "Ural" markalı yük avtomobili dərəyə aşıb.
Nəticədə iki nəfər hadisə yerində ölüb.
Hadisə yerinə huquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inpektoru, polis mayoru Eşqin Qasımov APA-ya bildirib ki, Daşkəsən rayonu Qoşqar dağı ərazisində “Ural” markalı yanacaq daşıyan avtomobilin aşması barədə Daşkəsən Rayon Polis Şöbəsinə məlumat daxil olub. Polis əmıkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, sürücü 58 yaşlı, Daşkəsən rayon sakini Fəxrəddin Həsənovun idarəetməni itirməsi nəticəsində avtomobil aşmış hadisə nəticəsində sürücü və 27 yaşlı Laçın rayon sakini Orxan Səmədov ölüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.