Close

22:21
21 Yanvar 2025
21:20
21 Yanvar 2025
20:20
21 Yanvar 2025

150 min manat mənimsədi, 7 il həbs cəzası aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nofəl Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

TNS-in məlumatına görə, prosesdə məhkəmə istintaqı yekunlaşıb və təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N. Musayev 7 il azadlıqdan məhrum edilib.

İttihama görə, N. Musayev Bakıda vətəndaşların etimadından sui-istifadə edərək külli miqdarda dələduzluqda ittiham olunur. Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs kimi təqdim etməklə ayrı-ayrı şəxslərdən pul alaraq onlara müxtəlif vədlər verib. O, ümumilikdə 150 min manata yaxın məbləği dələduzluq yolu ilə mənimsəyib.

Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham elan olunub.