"Abzas media" işində təqsirləndirilən şəxs vəkilindən imtina etdi
Bakı Ağır Cinayətlər Məhkəməsində "Abzas Media" işində təqsirləndirilən Ülvi Həsənli, Sevinc Abbasova, Hafiz Babalı, Məhəmməd Kekalov, Fərid Mehralızadə, Elnarə Qasımova və Nərgiz Absalamova barələrində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.
TNS-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxs Ülvi Həsənli sərbəst ifadə verib. O, özünü ittihamlardan təqsirli bilməyib.
Prosesdə elan olunub ki, təqsirləndirilən şəxslərdən Məhəmməd Kakalov vəkilindən imtina edib. O başqa vəkillə təmin edilib.
Xatırladaq ki, rəsmi məlumatlara əsasən, onlar barəsində ötən il Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb və barələrində həbs qətimkan tədbiri seçilib.