Sabunçuda ödəmə terminalından 13 min manat oğurlandı
16
11:19 - 21 Yanvar 2025
Sabunçu rayonunda yerləşən marketlərin birində quraşdırılan ödəmə terminalından 13 min manatdan artıq pul və digər əşyaların oğurlanması barədə polisə məlumat daxil olub.
TNS xəbər verir ki, bu barədə DİN-dən bildirilib.
Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş H.Ovçiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Əlaqəli xəbərlər
13:32
21 Yanvar 2025
11:10
21 Yanvar 2025