Close

Sumqayıtda güclü yanğın: FHN əməkdaşı xəsarət aldı - VİDEO

Sumqayıtda yaşayış evi yanıb, xəsarət alan var.
 
TNS xəbər verir ki, hadisə Sülh prospekti, "Əşya bazarı" adlanan yerdə qeydə alınıb.  
 
Yanğının söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib. Ərazi Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tam mühafizə olunub. Ev yiyəsinin sözlərinə görə, yanğına mənzildə olan qaz peçinin səbəb olduğu ehtimal edilir.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha da genişlənməsinə imkan verilməyib. Yanğın söndürülüb.

İlkin məlumata görə, hadisə zamanı yanğınsöndürən Bəxtiyar Ağayev xəsarət alaraq xəstəxanaya çatdırılıb. Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Təcili Tibbi Yardım Xəstəxanasına 19.01.2025-ci il tarixində saat 14:20 radələrində 1986-cı il təvəllüdlü şəxs (kişi cinsli) hospitalizasiya olunub. Sağ döş qəfəsinin yüngül əzilməsi diaqnozu təyin edilən şəxsə təcili tibbi yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyəti stabildir.
 
Faktla bağlı araşdırma aparılır... (Den.az)