Close

23:25
18 Yanvar 2025
23:21
18 Yanvar 2025
21:43
18 Yanvar 2025

KİV: İranda hakimlərə hücum terror aktıdır

Tehranda İran Ali Məhkəməsi qarşısında iki hakimin ölümü ilə nəticələnən atışma terror aktıdır.

TNS xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Nəşr qeyd edir ki, İranın baş prokuroru Mohammad Movahhedi Azad Tehran Baş Prokurorluğuna hadisəni dərhal və hərtərəfli araşdırmağı tapşırıb.

Agentlik hücumçunu saxlamağa çalışdıqlarını, lakin onun intihar etdiyini bildirib.

Azad terror aktının arxasında duranların müəyyən edilərək həbs olunmasını istəyib.

Hücum nəticəsində bir mühafizəçi və daha bir hakimin yaralandığı iddia edilir. Nəşr bildirir ki, təcavüzkarın Ali Məhkəmə və orada baxılan işlərlə heç bir əlaqəsi olmayıb.

Xatırladaq ki, yanvarın 18-də Tehran İran Ali Məhkəməsinin binası yaxınlığında atışma baş verib, nəticədə iki hakim öldürülüb.

Ölən hakimlər milli təhlükəsizlik, casusluq və terrorizm əleyhinə cinayətlər üzərində işləyirdilər