Close

23:25
18 Yanvar 2025
23:21
18 Yanvar 2025
21:43
18 Yanvar 2025

Hökümə Əliyevanın atasının bank kartından pul oğurlayan şəxs həbs edildi - FOTO

Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyevə məxsus bank kartından oğurluq faktı üzrə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən şübhəli şəxs müəyyən olunub.

Bu barədə TNS-ə DİN-in Mətbuat Xidmətindən bildirilib.

DİN-in Baş idarənin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü İsgəndərov Ayaz Aydın oğlu saxlanılıb.

Onun xarici ölkə vətəndaşları ilə əlaqələri müəyyən olunduğundan həmin şəxslər axtarışa verilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

3c3466b3-dc26-375f-a5cd-35a35b8fdaca 2528160c-8fa1-3873-a30c-07883c223beb