Close

23:25
18 Yanvar 2025
23:21
18 Yanvar 2025
21:43
18 Yanvar 2025

Hamilə qadın və körpəsi vəfat etdi

Naxçıvanda 21 yaşlı hamilə qadın və körpəsi vəfat edib.

TNS xəbər verir ki, hadisə bu gün baş verib.

Halı pisləşən 2004-cü il təvəllüdlü Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardım çağrılıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib. İlkin məlumata görə, ana və bətnindəki övladının ölümünə səbəb yüksək təzyiq olub.

Onlar Babək rayonu Payız kəndində dəfn ediliblər.

Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.