Türkanə Gündüzü öldürən ərinə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində plastik cərrah Türkanə Gündüzün qətlində təqsirləndirilən Muhammet Gündüzün cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
TNS-in məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə M. Gündüz 17 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2023-cü il mayın 5-də Abşeron rayonunun Novxanı qəsəbəsindəki bağ evlərindən birində baş verib. Tanınmış plastik cərrah Türkanə Gündüz yaşadığı evdə xüsusi amansızlıqla qətlə yetirilib.
Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində qətldə şübhəli bilənən Türkiyə vətəndaşı, Türkanə Gündüzün həyat yoldaşı M. Gündüz saxlanılıb.