Close

13:05
18 Yanvar 2025

Hökumə Əliyevanın ailəsinə qarşı dələduzluqla bağlı cinayət işi başlandı

Təyyarə qəzasında həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın ailəsinə məxsus 80 min manatın oğurlanması ilə bağlı cinayət işi başlanıb.

Bu barədə TNS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, Milli Qəhrəman Hökumə Əliyevanın atası Cəlil Əliyevin müraciəti əsasında Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzların qurbanı olub.

Hadisə ötən gün axşam saatlarında baş verib.

Milli Qəhrəmanın atası C.Əliyevin kartından ümumilikdə 80 507 manat pul çəkilib. Kartdan oğurlanan vəsait H.Əliyevanın vəfatına görə ödənilən sığorta və 40 min manat kompensasiya məbləğindən qalan pul olub.