Samuxda yol qəzası oldu, ölən var
16
09:52 - 18 Yanvar 2025

Samuxda ölümlə nəticələn ağır yol qəzası olub.
TNS-in məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.
Hərəkətdə olan minik maşını arabanı vurub. Arabada olan orta yaşlı kişi xəstəxanaya aparılsa da müayinə zamanı onun öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.