Tanınmış həkim faciəvi şəkildə öldü - FOTO
749
12:41 - 17 Yanvar 2025
Mərkəzi Hərbi Hospitalın tanınmış həkimi, lor-cərrah Gündüz Məmmədov faciəvi şəkildə vəfat edib.
TNS Medicina.az-a istinadən xəbər verir ki, onun Şamaxıdakı evində ilkin ehtimala görə, qaz sızması nəticəsində öldüyü bildirilir.
Hadisə baş verən vaxt həkim evdə tək olub. O, Bakıdan ezamiyyətə gəlirmiş. Bir gün Şamaxıdakı bağında qalıb Gəncəyə gedəcəkmiş.