Samuxda 16 kq narkotik aşkarlandı - FOTO
Samuxda narkokuryerlik edən şəxsdən 16 kiloqrama yaxın narkotik aşkarlanıb.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş 45 yaşlı Namiq Abdullayev saxlanılıb.
Ondan ümumilikdə 16 kiloqrama yaxın marixuana, eləcə də güclü təsiredici narkotik vasitələr qrupuna daxil olan həşiş, tiryək və heroin aşkar olunub.
Araşdırmalarla N.Abdullayevin maddi qazanc müqabilində narkokuryerliyə cəlb olunduğu müəyyən edilib. O, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri respublikanın müxtəlif bölgələrinə çatdırmağı planlaşdırıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.