Kürdəmirdə ev yandı
11
09:22 - 17 Yanvar 2025
Kürdəmirdə ev yanıb.
Bu barədə TNS-ə FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonunun Şahsevən kəndində ümumi sahəsi 120 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin yanar konsturuksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın, yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.