Close

20:20
05 Fevral 2025

Bakıda üç nəqliyyat vasitəsi toqquşdu, xəsarət alan var

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

TNS xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb.

Belə ki, dairədə hərəkətdə olan “Chevrolet” markalı avtomobil Azadlıq prospektində həkət edən “Lada” markalı avtomobilə və motosikletə çırpılıb.

Qəza nəticəsində motosikletin sürücüsü ağır bədən xəsarətləri alıb.

Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.