Sumqayıtda ağır qəza: iki nəfər öldü - YENİLƏNİB - VİDEO
![](/upload/files/up3/Xeberler/2025/1/16/images.jpg)
Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 16.01.2025-ci il tarixində saat 20:40 radələrində 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
TNS xəbər verir ki, bu barədə Sumqayıt Tibb Mərkəzindən bildirilib.
Onlardan 1 nəfər Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Digər 2 nəfərə isə Təcili yardım şöbəsində zəruri tibbi yardımlar göstərilir, vəziyyətləri orta ağırdır.
21:03
Sumqayıtda minik avtomobilləri toqquşub, ölənlər var.
TNS xəbər verir ki, hadisə Sülh küçəsində qeydə alınıb.
"Hyundai" və "KİA" markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb.
Ölənlərin şəxsiyyəti müəyyənləşdirilir.