Sumqayıtda yaşayış binasında yanğın oldu
12
16:51 - 16 Yanvar 2025
Sumqayıt şəhərində yanğın olub.
TNS FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 300 m² olan birmərtəbəli kommunal tipli yaşayış binasında sahəsi 40 m² olan 2 otaqlı mənzilin bir otağının tavanı, ev əşyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib.
Mənzilin qalan hissəsi və bitişik olan mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.