17 yaşlı oğlan qətlə yetirildi - YENİLƏNİB
Sumqayıt şəhərində 17 yaşlı yeniyetmənin öldürülməsi ilə nəticələnən insidentin bəzi təfərrüatları müəyyənləşib.
TNS xəbər verir ki, Emil Qələndərovun söyüş üstündə qətlə yetirildiyi məlum olub.
Məlumata görə, E.Qələndərov evin tək övladı olub, ata-anası yoxdur, Sumqayıt şəhər 19 nömrəli tam orta məktəbin şagirdi idi.
Polis əməkdaşlarının hadisədən sonra keçirdikləri tədbirlərlə qətli törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ç.Q. və 2010-cu il təvəllüdlü Ö.Q. qardaşları saxlanılaraq istintaqa təhvil veriliblər.
16:07
Sumqayıtda qətl hadisəsi olub.
TNS xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində baş verib.
2008-ci il təvəllüdlü Emil Elçin oğlu Qələndərov naməlum şəxs tərəfindən bıçaqlanıb.
Fakt araşdırılır.