Bakıda 15 yaşlı qız itkin düşdü
20
09:56 - 15 Yanvar 2025
Bakıda yeniyetmə qız itkin düşüb.
TNS xəbər verir ki, bu barədə qızın anası S.Məmmədova Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edib.
O bildirib ki, 2010-cu il təvəllüdlü qızı N.Hüseynova yanvarın 13-ü saat 10 radələrində yaşadıqları evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.
Müraciətlə bağlı araşdırma aparılır.