Close

14:00
14 Yanvar 2025

Naxçıvanın sabiq Baş naziri vəfat edib

Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayev 85 yaşında vəfat edib.

Bu barədə TNS-ə onun yaxınları məlumat veriblər.

O, sabah Bakıda dəfn ediləcək.

Şəmsəddin Xanbabayev icra başçısı vəzifəsindən azad edildikdən sonra Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri təyin olunmuşdu.

Şəmsəddin Xanbabayev 1992-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2000-2004-cü illərdə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, 2004-2019-cu illərdə isə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Qeyd edək ki, Ş. Xanbabayevin vəfatı ilə bağlı xəbəri ilk olaraq demokrat.az saytı yayıb.

sem