Close

14:00
14 Yanvar 2025

Elman Paşayevin adı daha bir dələduzluqda hallanır

Azərbaycan əsilli sabiq vəkil Elman Paşayevə ikinci dələduzluq epizodu üzrə ittiham irəli sürülüb.

TNS Report-a istinadən xəbər verir ki, bu barədə təqsirləndirilən şəxsin həbs müddətinin uzadılması məsələsinin həll olunduğu Moskva Qarnizon Hərbi Məhkəməsində elan olunan cinayət işinin materiallarında qeyd olunub.

"Sizə qarşı iş qaldırılıb və şübhəli şəxs elan edilirsiniz", - hakim bildirib.

İşdə zərərçəkmiş qismində iclasda iştirak etməyən Zaxarov soyadlı şəxs tanınıb.

Bildirilib ki, Paşayev heç bir epizod üzrə özünü təqsirli hesab etmir. Hərbi məhkəmənin iclası qapalı olacaq.