Close

14:00
14 Yanvar 2025

Abşeronda zavodda faciə - Pakistan vətəndaşı öldü - YENİLƏNİB

Abşeronda zavodda ölən və xəsarət alan şəxslərin Hindistan vətəndaşları olduğu müəyyənləşib.

Bu barədə TNS-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 13-də saat 8 radələrində Abşeron rayonunun Pirəkəşkül qəsəbəsi ərazisində külək turbinlərinin quraşdırılması işləri zamanı 2003-cü il təvəllüdlü, Hindistan vətəndaşı Harı Prakashi aldığı xəsarətlərdən xəstəxanada ölüb, həmyerlisi, 1982-ci il təvəllüdlü Thattaru Padikkal isə xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

11:29

Abşeronda Pakistan vətəndaşı bədbəxt hadisə nəticəsində ölüb.

TNS xəbər verir ki, hadisə Abşeronda yerləşən zavodlardan birində qeydə alınıb.

Zavodda fəhlə işləyən Pakistan vətəndaşı, 2003-cü il təvəllüdlü Harı Prakashın üzərinə beton hasar aşıb.

Harı Prakash xəstəxanada ölüb. Digər Pakistan vətəndaşı olan fəhlə isə Sumqayıtda xəstəxanaya yerləşdirilib.