Close

19:10
09 Yanvar 2025

Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş - FOTO

Yanvarın 7-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında özünü qatarın altına atan gənc vəfat edib.

TNS xəbər verir ki, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Aslanov Saməddin Sakit oğlu açıq kəllə-beyin travması ilə daxil olduğu Sabunçu Tibb Mərkəzində ötən gecə dünyasını dəyişib.

Bildirilir ki, intihar edən gənc 1-ci kurs tələbəsidir.

Şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev bildirib ki, Saməddin Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır. O, intihar etməzdən əvvəl sosial şəbəkədə bunun anonsunu verib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.

Qeyd edək ki, Babək Aslanov 1994-cü ildə Tovuzun Yanıqlı kəndində anadan olub. 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Doğulduğu kənddə dəfn olunub. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medallarıyla təltif olunub. (Qafqazinfo)

473250378_2799720390235308_2130279541396150820_n

473121381_2799720360235311_5181011593115874932_n

473090759_2799720423568638_1579858132571141092_n