Bakıda ana və uşaqlarını maşın vurdu
Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı ana və iki övladını avtomobil vurub.
TNS Trend-ə istinadən xəbər verir ki, hadisə bu gün saat 11:30-da qeydə alınıb.
"Abşeron rayon sakini Dərgah Dərgahov idarə etdiyi "Toyota" markalı, 10-SY-242 dövlət qeydiyyat nişanlı avtomobillə yolu nəzərdə tutulmayan yerdən keçən Ramilə Məmmədova və onun iki azyaşlı övladını vurub.
Xəsarət alan hər üç şəxs xəstəxanaya çatdırılıb.
BDYPİ bir daha sürücülərlə yanaşı piyadalara da yol-hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarının həyat və sağlamlığını təhlükəyə atmamağa çağırır.
Faktla bağlı araşdırma aparılır.
Kliniki Tibbi Mərkəzindən bildirib ki, 8 yanvar 2025-ci il tarixdə 2 nəfər azyaşlı (kişi cinsli) yol nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib.
Travmatik beyin qansızma diaqnozu ilə Reanimasiya şöbəsinə yerləşdirilib.
Hər ikisinin vəziyyəti ağır qiymətləndirilir.