Qohumu 47 yaşlı kişini bıçaqladı
22
18:21 - 08 Yanvar 2025
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
TNS-in məlumatına görə, hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, 47 yaşlı Arzu Bəricaz öz qohumu tərəfindən bıçaqlanıb.
Ürək nahiyəsindən bir neçə bıçaq zərbəsi alan şəxs ağır vəziyyətdə yaxınlıqdakı xəstəxanaların birinə çatdırılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.