Balakəndə ferma yandı: 5 min cücə tələf oldu - FOTO
Balakənin Tülü kənd kənd sakini Vüsal İsmayılovun həyətyanı sahəsində cücəyə baxmaq üçün tikdiyi 120 kvadratmetrlik tikilidə yanğın baş verib.
TNS Fövqəladə Hallar Nazirliyi Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinə istinadən bildirir ki, yanğın barədə məlumat daxil olan kimi texnika və canlı qüvvə hadisə yerinə cəlb edilib.
Yanğın nəticəsində təsərrüfat sahibinə külli miqdarda ziyan dəyib. Belə ki, fermanın tavanı, dam örtüyü yanıb və sexdə olan 5 min cücə yanaraq tələf olub.
İlkin ehtimallara görə yanğının baş vermə səbəbi istilik üçün quraşdırılmış odun sobasından düşən qığılcım olub. Yanğında xəsarət alan olmasa da fermerə 30 min manata qədər ziyan dəydiyi bildirilir.
Yanğının baş vermə səbəbləri araşdırılır.