Vüqar Həşimovun atası vəfat edib
32
14:43 - 08 Yanvar 2025
Azərbaycanın mərhum şahmatçısı Vüqar Həşimovun atası Qasım Həşimov vəfat edib.
Bu barədə TNS-ə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
O, xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, 1949-cu il təvəllüdlü Qasım Həşimov Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi nəticəsində xəsarət almışdı. Hadisə zamanı V.Həşimovun anası, 1959-cu il təvəllüdlü Aida Həşimova da xəsarət alıb.
Əlaqəli xəbərlər
17:00
08 Yanvar 2025