Ağadadaş Ağayevlə hospital, mühafizəçi və xadimə arasında barışıq olundu - YENİLƏNİB
Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
TNS xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Asim Abbasov məhkəməyə barışıq əldə olunması ilə bağlı natoriusda təsdiq olunmuş ərizəni təqdim edib.
Daha sonra zərərçəkən şəxslər sərbəst ifadə verib.
Zərərçəkən Nəzakət Paşayeva sərbəst ifadəsində bildirib ki, heç bir şikayəti və tələbi yoxdur: “Artıq barışıq əldə olunub”.
Prosesdə zərərçəkən qisimdə tanınan Nürəddin Cəlilov da “Biz bu gün barışmışıq. Heç bir şikayət və təklifim yoxdur”, deyə bildirib.
Daha sonra şahidlər dindirilib.
Məhkəmə yanvarın 16-da davam etdiriləcək.
14.19
Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb.
TNS xəbər verir ki, tərəflər arasında notarius qaydasında barışıq əldə olunub.
Mühafizəçi Nurəddin Cəlilov da, Ağadadaş Ağayev də aralarındakı insidentə görə peşman olduqlarını deyiblər.
Razılaşmada Xalq artistinin vəkili Asim Abbasov da iştirak edib. Sənəd məhkəməyə təqdim edilib.
Bu dəqiqələrdə iş üzrə növbəti məhkəmə prosesi başlayacaq.
Qeyd edək, A.Ağayevlə birgə insident iştirakçısı Nurəddin Cəlilov da mühakimə edilir. Onların hər ikisi xuliqanlıqda ittiham olunur. (Qafqazinfo)