Zaqatalada yeni doğulan körpə öldü
Zaqatala yeni doğulan körpə ölümü baş verib.
TNS-in məlumatına görə, yanvarın 7də Zaqatala rayonu Gözbarax kənd sakini 1992-ci il təvəllüdlü Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Doğum Şöbəsinə müraciət edib. X. Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.
Körpə doğuşdan bir qədər sonra dünyasını dəyişib.
X. Dinayevanın yaxınlarının APA-ya verdiyi məlumata görə, bu, X. Diniyevanın üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl X. Diniyeva Zaqatala RMX-da müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib.
Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.