Qadın qonşusu tərəfindən dəmir parçası ilə döyüldü, öldü
21
09:33 - 08 Yanvar 2025
Sumqayıtda qonşusunun dəmir parçası ilə döydüyü qadın xəstəxanada ölüb.
TNS xəbər verir ki, hadisə yanvarın 5-də Xəzər bağları yaşayış massivində qeydə alınıb.
Belə ki, 1983-cü il təvəllüdlü Mikayıl Nurəddin oğlu Şərifov münaqişə zəminində qonşusu, 1958-ci il təvəllüdlü Mehparə İmanqulu qızı Ələkbərovaya dəmir parçası ilə xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya çatdırılsa da, bu gün müalicə aldığı xəstəxanada ölüb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
Əlaqəli xəbərlər
17:00
08 Yanvar 2025